SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradıldı - FOTO
CƏMİYYƏT 12:41 / 08.10.2019

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu günlərdə RAGB-nin ofisində Linqvistika Klubunun "Welcome day” tədbiri keçirilib.

Layihələrin əlaqələndiricisi Ramin Rəcəbov tədbirə toplaşanların qarşısında çıxış edərək bildirib ki, RAGB-də xarici dil kursları 2016-cı ildən fəaliyyət göstərir. Yeni tədris ilindən etibarən RAGB xarici dil kurslarını Linqvistika Klubu şəklində birləşdirməyi qərara alıb. Bu tədris ilində gənclərin Azərbaycan, ingilis, ispan, italyan və alman dillərini öyrənmək imkanı olacaq.

R.Rəcəbov qeyd edib ki, Linqvistika Klubunun yaradılması RAGB-nin sədri Leyla Əliyevanın dəstəyi sayəsində mümkün olub. O deyib:

"Leyla Əliyeva RAGB-nin sonuncu forumunda gənclərə müraciətlə qeyd etmişdi ki, RAGB-də gənclər öz biliklərini dərinləşdirmək və yeni biliklər əldə etmək imkanına malikdir.

RAGB sədri deyib:

"Bizim ofisimizdə xarici dilləri öyrənmək olar və ümidvaram ki, tezliklə Azərbaycan dili kursları da açılacaq”. Dillərin öyrənilməsinə böyük maraq yaranıb, dil kurslarına 200-dən çox adam yazılıb. Biz arzu edən hər kəs üçün belə imkan yaratmağa çalışacağıq”.

Linqvistika Klubunun rəhbəri Əbülfəz Şahbazovun sözlərinə görə, RAGB-nin sayəsində bizim gənclər özlərini, öz mədəniyyətini, tarixini və bütövlükdə ölkəmizi layiqincə təmsil etmək imkanı qazanıb:

"Rusiyanın Azərbaycanlı Gənclər Birliyi gənclərin öz potensialını reallaşdırmasına imkan verir”.

Azərbaycan, ingilis, ispan, italyan və alman dillərinin öyrənilməsi üzrə məşğələlər şənbə və bazar günlərində RAGB-nin ofisində keçiriləcək.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.