SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Müdafiə Nazirliyi Aprel döyüşlərində şəhid olan iki hərbçinin ailəsinə ev verdi
CƏMİYYƏT 19:50 / 08.10.2019
Müdafiə Nazirliyi 2016-ci ildə Aprel döyüşlərində şəhid olan iki gizirin ailəsinə mənzil verib.

Oxu.az xəbər verir ki, nazirlik Aprel döyüşlərində şəhid olan gizirlərin Mingəçevirdə yaşayan ailələrini Gəncə şəhərində mənzillə təmin edib.

Bunlar 36 yaşlı Rahim Tağıyev və 33 yaşlı gizir Rüstəm Əhmədovun ailələridir.

Qeyd edək ki, kiçik çavuş Rüstəm Əhmədov 2016-ci ilin aprelin 14-ü təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Aprel ayında başından qəlpə yarası alan gizir Rahim Tağıyev 3 ay 7 gün koma vəziyyətində qalsa da, iyulun 10-u şəhid olub.

36 yaşlı Rahim Tağıyevin üç, 33 yaşlı gizir Rüstəm Əhmədovun isə iki övladı qalıb.

Ölümlərindən sonra göstərdiyi qəhrəmanlıqlara görə gizirlər Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif ediliblər.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.