SON XƏBƏRLƏR
09 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Bəy gəlinə nişan üzüyü almaq üçün bank soydu
CƏMİYYƏT 13:49 / 09.10.2019

ABŞ-ın Texas ştatının Qrovton şəhərində bəy toy üzüyü almaq üçün toydan bir gün əvvəl bank qarət edib

Oktyabrın 4-də Hit Edvard Bampus "Citizens State Bank”a girərək nağd pul tələb edib. Bəy kassiri silahlı olması ilə bağlı xəbərdar edib. Onun sözlərinə görə, o, bankı ertəsi gün baş tutacaq toyu üçün qarət edib. O, nişan üzüyünə pulunun çatmadığını deyib.

Polisin məlumatına görə, silahlı soyğundan sonra Bampus paltarlarını avtomobilin pəncərəsindən atıb. Tezliklə polis cinayətkarın əşya və silahını tapıb.

Səlahiyyətlilər nəzarət kamerasından görüntüləri götürüb və şübhəli şəxsin görüntülərini rəsmi "Facebook” qrupunda yayımlayıblar. Görüntülərdən həyat yoldaşını tanıyan gəlin Bampusu təslim olmağa məcbur edib.

Polis işçisi bildirib ki, Bampus oğurlanan pulların çoxunu geri qaytarıb. O, məhkəmənin qərarına qədər nəzarətdə saxlanılacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.