SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
“ASAN xidmət” mərkəzləri vasitəsilə büdcəyə daxil olan vəsait açıqlandı
CƏMİYYƏT 14:09 / 09.10.2019

Bu gün ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər çərçivəsində əhəmiyyəti layihələr həyata keçirilir. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.

O bildirib ki, ötən dövr ərzində "ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib. 

"Görülən işlər yaxın gələcəkdə göstərilən xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçidi təmin edəcək. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılmasının təmin edilməsi məqsədilə elektron hökumət infrastrukturu yenilənib, 2019-cu ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı "myGov” platforması istifadəyə verilib”.

Ülvi Mehdiyev onu da qeyd edib ki, Agentlik tərəfindən rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir:

"ASAN xidmət” yeddi ildir fəaliyyət göstərir. Bu yeddi il ərzində "ASAN xidmət” mərkəzlərinin saxlanmasına dövlət büdcəsindən 132 mln. manat vəsait ayrılıb. Bununla yanaşı, "ASAN xidmət” mərkəzləri vasitəsilə büdcəyə 135 mln. manat vəsait daxil olub”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.