SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Təzə gəlin ailəsi kasıb olduğuna görə döyüldü
CƏMİYYƏT 13:27 / 09.10.2019

Daşkəsən rayonunda yeni ailə quran qadın qayınatası və qayınanası tərəfindən döyülüb.

Oxu.az xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

19 yaşlı Abdullayeva Ayşə Samir qızı zərbələrin təsirindən huşunu itirib.

A.Abdullayeva təcili olaraq Daşkəsən Rayon Məkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Qadının vəziyyətinin orta-ağır olduğu deyilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb bir il öncə baş tutan toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi olub.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.