SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Almaniyada yenidən yəhudiləri öldürürlər – FOTO/VİDEO
DÜNYA 11:15 / 10.10.2019

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxslər yahudilərə odlu silahla hücum ediblər.

"RİA "Novosti” xəbər verir ki, atışma yerli sinaqoq yaxınlığında olub, bu zaman yəhudilər "Yom Kipur” dini bayramını qeyd etmək üçün məbədə toplaşıblar.

Cinyətkarlar yəhudi qəbiristanlığına qumbara da atıblar. Onlar sinaqoqa daxil olmağa cəhd ediblər.  

Hüçum küçə kameralarına düşüb: cinayətkarlardan biri maşından çıxaraq dərhal tüfəngdən atəş açıb.

Hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bir müddət sonra polis cinayətkarlardan birinin tutulması haqda xəbər yayıb, axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Almaniyanın Baş prokurorluğu hadisənin istintaqına başlayıb.   



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.