SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
CƏMİYYƏT 23:30 / 15.10.2019

2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Oxu.Az-ın məlumatına görə, bunu "Bakı təhsili: Uğurlar və hədəflər” mövzusunda təşkil olunmuş konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib.

Onun sözlərinə görə 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində dörd direktor işdən çıxarılıb:

"Tədris ilində 192, 71, 162, 123 nömrəli məktəblərin direktorları bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və sairs.) ləğv edilib”.

R.Tağıyev bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 27 məktəb direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

Bu 1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268 saylı tam orta məktəblərdir. 10 məktəb direktorunun - 93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116 əmək münasibətlərinə xitam verilib”.

"İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib”, - deyə BŞTİ-nin müdiri qeyd edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.