SON XƏBƏRLƏR
23 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
19-cu əsrə aid nadir kitab Bakıda zibilliyə atılıb - FOTO
CƏMİYYƏT 14:26 / 17.10.2019

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb.

Şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin "El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun "Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar "Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə "Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarnın iştirakçılarına nümayiş edilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.