SON XƏBƏRLƏR
23 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Məmmədyarov: `Nyu-Yorkdakı son görüş məni bir az məyus etdi`
CƏMİYYƏT 12:28 / 17.10.2019

"Tərəflər irəli getmək və həqiqətən bu münaqişənin siyasi həllini istəyirlərsə, onda substantiv danışıqlara başlamaq lazımdır”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.

"Sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşdük. Artıq demişəm, təəssüf ki, danışıqlar barədə yox, görüş haqqında danışmalı oluruq. Ermənistanlı həmkarımla son belə görüş Nyu-Yorkda Minsk qrupunun iştirakı ilə olsa da, düzünü deyim ki, o görüş məni bir az məyus etdi”, - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Madrid sənədində, ardından 2010-cu ildə onun yenidən işlənmiş variantında, daha sonra isə Kazan sənədində göstərilən hər şey işlənir, amma prinsipcə danışıqlar üçün əsas olaraq qalır.

"Hər dəfə həmsədrlərimizə deyirik: biz heç yerə yox olmayacağıq, oturub bu gün masada olan sənəd əsasında Yerevanla əsaslı şəkildə danışıqlar aparmaq lazımdır”, - nazir qeyd edib.(Report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.