SON XƏBƏRLƏR
23 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Rəşad Məciddən o məmurlara SƏRT SÖZLƏR: Hərəsi özünə...
CƏMİYYƏT 15:32 / 17.10.2019

Cənab Prezidentin son müşavirədə söylədiyi "Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri düşündürücü və narahatlıq doğuran məsələdir.

Publika.az xəbər verir ki, bunu "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.

O deyib ki, ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş yayılmayıb. R.Məcid bununla belə, qeyd edib ki, əvvəllər keçmiş MTN-nin təsirində olan qəzetlər vardı.

"Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu. Bu informasiyalarda xüsusi maraqlı dairələrin əl izləri aydın görünürdü”, - deyə R.Məcid qeyd edib.

Baş redaktor əlavə edib ki, Mətbuat Şurası bu qəzetləri "qara siyahıya” salsa da, hansısa qüdrətli əl buna mane olurdu:

"Yeni medianın artması ilə ayrı-ayrı məmurların da sayt yaratması adi hal oldu. Çox da böyük olmayan vəsaitlə yaradılan bu yeni "media orqanları” sifarişçilərin əlində çomağa çevrildi. İndi az qala hər məmur özünə bir sayt açıb. Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb.

Buna görə də cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik”.

Qeyd edək ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Ölkə başçısı bildirib ki, bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər.

"Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda”.

Prezident söyləyib ki, mətbuat bir növ daxili mübarizə növünə çevrilib:

"Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir.

Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.