SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
Bakıda 100-dən artıq kanalizasiya quyusunun qapağı oğurlanıb
HADİSƏ 15:43 / 07.06.2018
Bakıda yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeroport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən "isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bilirib. Polis Şöbəsində C.Cabbarovun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 heroin də aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.