SON XƏBƏRLƏR
23 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən Türkiyəyə TƏHDİD: 3 milyon türkü...
CƏMİYYƏT 14:55 / 19.10.2019

Almaniyanın "Die Partei" Partiyasının sədri, eləcə də Avropa Parlamentinin Almaniyadan olan marginal üzvü Martin Sonneborn suriyalı qaçqınların Avropaya göndəriləcəyi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına cavab verib.

Publika.azTürkiyə KİV-inə istinadən xəbər verir ki, millət vəkili Ankaranın belə bir addım atacağı halda, özlərinin də Almaniyada yaşayan türkləri geri göndərə biləcəklərini bildirib.

"Ərdoğan bizi 3 milyon suriyalınn göndərilə biləcəyi ilə təhdid edərsə, biz də 3 milyon türkü göndərə biləcəyimizlə təhdid edək”, - o bildirib.

Xatırladaq ki, Avropa ölkələrinin Suriyanın şimalında həyata keçirilən "Sülh çeşməsi” əməliyyatına qarşı çıxmasından sonra Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların Avropaya göndərilə biləcəyini söyləmişdi.

Qeyd edək ki, erməni qadınla evil olan Martin Sonneborn bu ilin avqust ayında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və Xankəndində təxribatçı çıxışlar etməsi ilə gündəmə gəlib. Almaniyada siyasətçidən daha çox kloun və "yumor partiyası"nın rəhbəri kimi tanınan Martin Sonneborn Xankəndiyə səfər etmişdi. Martin Sonneborn 25 nəfərlik nümayəndə heyətilə Dağlıq Qarabağda bəzi görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyi alman deputatı "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı" na daxil edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.