SON XƏBƏRLƏR
23 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Bu gün Akif Əlizadə də vəzifəsindən gedəcək
SİYASƏT 10:12 / 23.10.2019

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək.

AMEA-dan bildirilib ki, günün ikinci yarısında akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda AMEA-ya yeni prezident seçiləcək.

Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən bu vəzifəni tutur.

Xatırladaq ki, Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovu və Hacıbala Abutalıbovu vəzifədən azad edilmələri ilə bağlı verdikləri ərizə ilə əlaqədar qəbul edib. Dövlət başçısı onları pensiyaya yola salıb. Dövlət başçısı 71 yaşlı Əli Həsənova və 75 yaşlı Hacıbala Abutalıbova indiyə kimi göstərdikləri fəaliyyətə görə təşəkkür edib və onların yaşları ilə əlaqədar vəzifədən getmək istəklərini alqışlayıb, bunun iqtidardakı digər məmurlara da nümunə olacağını vurğulayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.