SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Onların “18-lik”də olmaq ehtimalı çoxdur - Qurbanov
İDMAN 13:06 / 24.10.2019

Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək.

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında söyləyib.

"Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların "18-lik”də olmaq ehtimalı çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz Abdullayev də böyük ehtimalla oyunun heyətində olacaq”, - deyə Q.Qurbanov qeyd edib.

"Qarabağ”ın baş məşqçisi sabahkı oyun haqqında komandaların şansları məsələsinə də münasibət bildirib: "İstəməzdim ki, komandaların bu oyunda şansları barəsində danışım. Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir yürütmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm "Qarabağ”, həm də APOEL üçün çətin olacaq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.