SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrula başlayıb
DÜNYA 16:13 / 01.11.2019
Türkiyə hərbçiləri rus hərbi polisi ilə birgə Suriyanın şimal sərhədi rayonunda ilk birgə patrula başlayıb.

Xezerxeber.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə ordusuna məxsus dörd və rusiyalı hərbçilərə məxsus beş maşın yerli vaxtla saat 12:00-da Derbesiya məntəqəsindən patrula çıxıb. Hərbi karvan saatda 40-60 kilometr sürətlə 110 kilometrlik marşrut üzrə hərəkət edəcək.

Birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memorandum əsasında həyata keçirilir. Sənədə əsasən, həmçinin Türkiyənin başladığı "Sülh çeşməsi” əməliyyatı xaricindəki zonaya yeridilən Rusiya hərbi polisi və Suriya sərhədçiləri 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməli, bundan sonra ortaq patrul başlamalı idi. Oktyabrın 29-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu silahlı kürd dəstələrinin geri çəkilməsinin vaxtından əvvəl başa çatdığını bildirmişdi.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.