SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Mehriban Əliyevadan Qarabağ qazisinə JEST - VİDEO
CƏMİYYƏT 14:00 / 02.11.2019

Birinci Vitse Prezident Mehriban Əliyeva Qarabağ əlilinin həbs qoyulmuş evini özünə qaytarıb. Bir neçə il əvvəl götürdüyü krediti ödəyə bilməyən Qarabağ qazisinin evinə həbs qoyulduqdamn sonra o, məktubla Mehriban Əliyevaya müraciət edib.Birinci Vitse Prezidentin borcununödənilməsi ilə bağlı tapşırıq verdiyi Qarabağ qazisi bu gün XəzərXəbər-ə danışıb.

Mehriban Əliyeva Qarabağ qazisinin girovda olan mənzil problemini həll edib.

2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Qurban Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili Qurban Qurbanovun Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilin ölkə Prezidenti tərəfindən verildiyi nəzərə alınaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib.

Xəzər Xəbərə danışan Qarabağ qazisi Qurban Qurbanov tez bir zamanda ona edilən köməyə görə Birinci Vitse Prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Eyni zamanda Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri də Heydər Əliyev Fondu öz üzərinə götürüb.

İkinci qrup əlil olan Qarabağ qazisi Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, bankların birindən13 min manat kredit götürmüşdü. O, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulmuşdu.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.