SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Bakı, Abşeron və Sumqayıtda yaşayanlara ŞAD XƏBƏR - VİDEO
CƏMİYYƏT 10:49 / 05.11.2019

Bakıdan-Sumqayıta sərnişin daşıyan bəzi marşrut xətlərindəki avtobuslar yenilənəcək. Bu istiqamətdə gedən sərnişinlərə daha müasir və konfortlu avtobuslar xidmət edəcək.

Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyub.

Xidmətin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurumun məqsədi bu marşrut istiqamətində sərnişinlərin tələbini ən yüksək səviyyədə qarşılamaqdır.

Qurum Abşeron rayonundan paytaxt Bakı istiqamətində gələn sərnişin avtobuslarının da monitorinqini aparıb. Artıq həmin istiqamətdə iki yeni marşrut xəttinin açılacağı dəqiqləşib. O cümlədən qurumun tabeliyində olan və Masazırdan "Memar Əcəmi" metrostansiyası və əks istiqamətdə sərnişin daşıyan 525 saylı avtobuslar yenilənəcək.

Hər 3 xətdə yeni avtobuslar yaxın vaxtlarda sərnişinlərin xidmətinə başlayacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən o da bildirilib ki, qoyulan tələblərə əməl etməyən daşıyıcı şirkətlər barəsində tədbirlər görüləcək.

525 saylı xəttin daşıyıcısı isə bildirib ki, 20 avtobusun alınması üçün artıq Koreya şirkəti ilə müqavilə imzalanıb. Müasir avtobuslar yaxın vaxtlarda Bakıya gətirilərək xəttə buraxılacaq.

Avtobusların yenilənməsi xəbəri sərnişinlərin ürəyincə olub.

Publika.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.