SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü
CƏMİYYƏT 15:25 / 05.11.2019

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 81 yaşlı Əliyev Şamil Əlihüseyn oğlunun idarə etdiyi "Volvo” markalı avtomobillə 55 yaşlı Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi "Hyundai” markalı maşın toqquşub. 

Hadisə zamanı hər iki avtomobil deformasiyaya uğrayıb, "Hyundai”da olan sərnişinlər, 25 yaşlı Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, iki yaşlı Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.