SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Baş nazir barəsində 3 maddə ilə cinayət işi açıldı - Ayın sonunda...
CƏMİYYƏT 18:05 / 05.11.2019

İsrail Baş Prokurorluğu Baş nazir Benyamin Netanyahu haqqında açılan 3 cinayət işinə görə məhkəmə prosesi başladacağına dair qərar verəcək.

Publika.az xəbər verir ki, baş prokuror Aviçay Mandelblit bu ayın sonunda qərarı açıqlayacaq.

Benyamin Netanyahu haqqında üç ayrı cinayət işi açılıb: vəzifədən sui-istifadə, rüşvət və vəzifəsindən mənfi istiqamətdə istifadə etmək.

Baş nazir Şaul Elovitçin sahibi olduğu "Bezeq” media şirkətinə aid "Walla News" adlı intenet saytında ailəsinin lehinə xəbər dərc edilməsi üçün 276 milyon dollar dəyərində imtiyaz təmin edib. Bundan başqa, 2007-2016-cı illər arasında iş adamlarından "hədiyyə” adı altında 283 min dollar dəyərində şampan, cəvahirat və təyyarə bileti alıb.

İsrail qanunlarına görə, haqqında istintaq və məhkəmə prosesi başlansa belə, baş nazir vəzifəsinə davam edə bilər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.