SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Azərbaycan əraziləri qaytarmaq üçün tezliklə ... – Petrosyan Paşinyanın gizlətdiklərini AÇIQLADI
CƏMİYYƏT 21:09 / 05.11.2019
"Bu gün müdafiə sənayesi Ermənistanın ən zəif yeridir və bu sahədə ciddi boşluqlar mövcuddur”.

Publika.az
 xəbər verir ki, bu barədə erməni hərbi ekspert Qraç Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistanın müdafiə sənayesi yoxdur: "Lakin bu haqda danışmaq istəmirlər və daim hərbi sirr olduğunu vurğulamaqla ictimaiyyətdən gizlədirlər. Əgər hansısa Rusiya şirkəti gəlib Ermənistanda Kalaşnikov avtomatları istehsal edirsə, bu, bizim hərbi sənayemiz deyil. Bizdə zavodlar var, hansı ki, avadanlıqların təmirini həyata keçirir. Sovet vaxtlarında mövcud olan zavodlar da sıradan çıxıb. Ordu üçün heç bir ciddi istehsal yoxdur”.

Erməni hərbi ekspert Azərbaycanı nümunə göstərib.

"Azərbaycanın müdafiə sənayesi güclənir, həmçinin, Türkiyə ilə birgə hərbi zavodları var. İsraildən, Rusiyadan və digər ölkələrdən müasir slahlar alırlar. Onlar beynəlxalq sərgilərdə öz istehsalları olan bir neçə yüz növ hərbi avadanlıqlarını sərgiləyirlər. O haqda düşünməliyik ki, Azərbaycanın müdafiə sənayesinin inkişafı fonunda biz nə edirik?!”, - deyə o bildirib.

Q.Petrosyan qeyd edib ki, Azərbaycan mümkün qədər qısa müddətdə əraziləri qaytarmaq üçün çalışır və hərbi xərclərin artırılmasından tutmuş, müdafiə sənayesinin inkişafına qədər bir sıra istiqamətlərdə atılan addımlar buna hesablanıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.