SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Türkiyənin nüvə silahları dünyanı QORXUYA SALDI: ABŞ və İsrail hərəkətə keçdi - FOTOLAR
SİYASƏT 11:07 / 06.11.2019

İraqı kimyəvi silah bəhanəsilə işğal edən, İranı isə nüvə silahı istehsalına görə mühasirəyə alan ABŞ gözünü indi də Türkiyəyə dikib.

ABŞ və İsrail mediası Türkiyənin gizli şəkildə nüvə silahı istehsal etdiyi təəssüratını yaratmaq üçün təxribat törədir.

ABŞ Milli Təhlükəsizlik Arxivi bəzi keçmiş sənədlər üzərindəki gizlilik qadağasını ləğv edib. Bu sənədləri dərc edən "Foreign Policy” (FP) "Türkiyənin uzun müddətdir ki, nüvə xəyalları var” başlıqlı xəbər yayımlayıb.

Xəbərdə "Ankara 1960-cı illərdən bəri nüvə silahı istehsal etməyi düşünür” sözlərinə yer verilib. Davamında isə Rəcəb Tayyib Ərdoğanın nüvə silahı ilə bağlı çıxışına işarə edərək "Türkiyənin nüvə bombası istəyi yeni deyil” şərhi verilib.

"Foreign Policy” yayımladığı 1966-cı il tarixli sənəddə ABŞ səfiri Parker T. Hartın imzası ilə ABŞ Dövlət Departamentinə göndərilən məlumatı paylaşıb. İddiaya görə, Türkiyə Mədən Tədqiqatı və Axtarışı Baş Katibliyinin rəsmiləri General Rəfiq Tulqa ODTÜ fiziki Ömər İnönüyə atom bombası təkmilləşdirmə proqramının tərtibatı üçün əməkdaşlıq təklif edib. Eyni sənəddə o dövr üçün İstanbulda 200 meqavatlıq nüvə reaktoru qurulması planlaşdırıldığı iddia olunub.

Bundan başqa, İsraildə də 1 aydır ki, Türkiyənin nüvə silahı izinə düşdüyü haqqında xəbər və şərhlər diqqət çəkir. Bu xəbərlərdən biri İsrail hökumətinə yaxınlığı ilə tanınan Milli Təhlükəsizlik Araşdırma Mərkəzindənm gəlib. Mərkəz yayımladığı sənəddə Türkiyənin hərbi nüvə texnologiyasına sahib olmaq niyyətində olduğu bildirilib.

Durumun yalnız İsrail üçün deyil, dünyanın supergücləri üçün təhdid yaratdığı vurğulanıb. Rusiya ilə birgə qurulan nüvə stansiyasına diqqət çəkən mərkəz bu dövr ərzində Türkiyənin hərbi nüvə potensialını genişləndirə biləcəyinə diqqət çəkib./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.