SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
Dənli bitkilərin məhsuldarlığı artacaq
CƏMİYYƏT 11:58 / 08.06.2018

Bu il üçün dənli və dənli paxlalıların ümumi əkin sahəsi 1 milyon 40 min hektara yaxın olacaq. Bu il məhsuldarlıq ötən illə müqayisədə çox olacaq.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.

O, payızlıq və yazlıq buğdanın əkin sahəsinin 667,8 min hektar təşkil etdiyini bildirib: "Bu il məhsuldarlıq 30 sentnerdən bir qədər çox olacaq. Arpanın əkin sahəsi 324,8 min hektardır. Havanın əlverişli keçməsi səbəbindən ötən illə müqayisədə arpanın məhsuldarlığında artım olacaq. Hazırda biçin prosesi gedir. 70 min hektara yaxın arpa biçilib. Məhsul 24 sentnerdən yuxarıdır".

Nazirlik rəsmisi əlavə edib ki, pambıqçılıqla bağlı dünyanın aparıcı dövlətlərinin təcrübəsi araşdırılır: "Bu sahədə hazırda Çinin təcrübəsi araşdırılır. Onların pambıqçılıqda tətbiq etdiyi innovativ texnologiyanın yaxın dövr ərzində ölkədə tətbiqi nəzərdə tutulur. İlk növbədə, kiçik təsərrüfatlarda tətbiq ediləcək. Özünü doğrultduğu təqdirdə geniş ərazilərdə tətbiq ediləcək".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.