SON XƏBƏRLƏR
09 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Azərpaşa Nemətov haqqında arxiv sənədi: Qohumlarının təyyarə ilə gediş haqqını teatrın hesabına ödəyibmiş
CƏMİYYƏT 18:50 / 06.11.2019
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovla bağlı arxiv sənədlər əldə edib.

Ölkə.az-a istinadən xəbər verir ki, sənəddə Nemətovun qanunsuz olaraq öz qohumlarının təyyarə ilə gediş haqqını Teatr cəmiyyətinin hesabına ödədiyi qeyd edilir.

Səbail rayon Prokurorluğunun 28 yanvar 1994-cü il tarixində Teatr Xadimləri İttifaqının prezidenti Həsənağa Turabova göndərdiyi təqdimatı olduğu kimi təqdim edirik. Səbail rayonu üzrə Dövlət vergi müfəttişliyi Teatr Xadimləri İttifaqında və tabeçiliyində olan "Teafond” istehsalat birliyində qiymət intizamını və vergi qanunvericiliyinə əməl olunmasını yoxlamışdır. Yoxlama nəticəsində teatr cəmiyyəti 247.600 rubl, rəhbər işçiləri 120.000 rubl, "Teafond” isə 119.700 rubl cərimə edilmişlər.

Qeyd olunan aktlarla tanış olduqda müəyyən edildi ki, aşkar edilmiş çatışmazlıqlar və qanun pozuntuları bilavasitə Teatr cəmiyyətinin rəhbər işçisi M.Xəlilovun öz vəzifəsinə məsuliyyətsiz münasibətinin nəticəsidir, ki, bunun nəticəsində cəmiyyət uzun müddət rayon vergi müfəttişliyində qeydiyyatdan keçməmiş və buna görə də dövlətin büdcəsinə cəmiyyətdən vergi tutulmamışdır. Buna görə də cəmiyyət cəriməyə məruz qalmışdır. Bundan başqa, cəmiyyətin müdiri Nemətov qanunsuz olaraq teatr cəmiyyəti ittifaqında işləməyən bir sıra qohumlarını - Arif, Sevil, Nərminə Nemətovaların təyyarə ilə gediş haqqını cəmiyyətin hesabına ödəmişdir.

Qeyd edilən qanun pozuntularının cəmiyyətin müdiriyyətinin məsuliyyətsizliyi, vəzifələrindən istifadə halı kimi qiymətləndirilməli və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün prokurorluq haqqında qanunun 26-cı maddəsini rəhbər tutub xahiş edirəm.

1. Təqdimatın kollektivin iclasında müzakirə edib qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görəsiniz.

2. Pozuntulara yol verən şəxslər barədə tədbirlər görəsiniz.

3. Təqdimatın müzakirə nəticəsi və görülmüş tədbirlər barədə rayon prokurorluğuna bir ay müddətində məlumat verəsiniz. Səbail rayonu prouroru, III dərəcəli dövlət ədliyyə müşaviri H.M.Hüseynov.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.