SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağı müzakirə etdi - FOTO
CƏMİYYƏT 16:51 / 07.11.2019

Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Slovakiya XİN-in rəsmi saytı xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.  

Görüşdə Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Endryu Şoffer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

"Məmnunam ki, həmsədrlər tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər. Slovakiya bi işdə öz köməyini əsirgəməyəcək”, - deyə ATƏT sədri bildirib.

Görüşdə, həmçinin dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasına hazırlıq müzakirə edilib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.