SON XƏBƏRLƏR
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Bakıda ticarət mərkəzindən qızıl oğurlandı - FOTO
CƏMİYYƏT 18:44 / 08.11.2019

Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri iki min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törədən əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında satdığını bildirib.

Qeyd edək ki, E.Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anbaan lentə alınıb.

Elvin Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılmasıüçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail Rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.