SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Türkiyədə Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü qeyd edilir
CƏMİYYƏT 20:13 / 10.11.2019
Türkiyə Cümhuriyyətinin qurucusu, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü ölkədə müxtəlif tədbirlərlə qeyd edilir.

Xezerxeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət rəsmiləri, siyasi partiyaların nümayəndələri Anıtqəbirə gələrək Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

İstanbulun Taksim Meydanında Mustafa Kamal Atatürkün xatirəsini anma mərasimi keçirilib.

Ulu Öndərin vəfat etdiyi yerli vaxtla saat 09.05-də ölkədə bir dəqiqəlik sükut elan edilib, İstiqlal Marşı səsləndirilib.

Türkiyə Cümhuriyyətinin qurucusunun Dolmabağça Sarayındaki otağında da mərasim keçirilib.

Yeli vaxtla səhər saat 07.00-dan etibarən vətəndaşlar Dolmabağça Sarayına axın edir. Sarayın qarşısında səhər saatlarından etibarən uzun növbələr müşahidə olunur.

Bundan başqa, Türkiyə Böyük Millət Məclisində də Atatürkü anma mərasimi keçirilib

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.