SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
İran və Rusiyadan ABŞ-ı qəzəbləndirəcək həmlə - Bölgədə nüvə gərginliyi
SİYASƏT 16:25 / 11.11.2019

İran Buşehr Atom Elektrik Stansiyasının 2-ci enerji blokunun tikintisinin başladıldığını elan edib.

Buşehrdə keçirilən betontökmə mərasiminə İranın Atom Enerjisi təşkilatının sədri Əli Əkbər Salehi və Rusiya Dövlət Atom Enerjisi qurumunun (Rosatom) icraçı direktorunun birinci müavini Aleksandr Lokşin qatılıb.

Reaktorun tikintisi üçün bünövrə qazma işləri 2017-ci ilin noyabr ayında başlayıb, layihənin 2-ci mərhələsinin icrası təxirə salınsa da, ötən gün yenidən start götürüb.

Məlumata görə, hər 3 blok birlikdə 3 min meqavatt enerji istehsal etmək gücünə sahib olacaq.

Layihənin əsas podratçısı "Atomstroyeksport” şirkətidir.

Uran Buşehr AES-ə MAQATE-nin nəzarəti altında Rusiyadan gətirilir. Lakin İran bir neçə gün öncə bəyan edib ki, Buşehrin enerjisini təmin etmək üçün uranın zənginləşdirilməsini 4.5%-ə çatdırıb. Bu isə "Altılıq” ölkələri, o cümlədən ABŞ 2015-ci il nüvə razılaşmasında göstərilən həcmdən çoxdur./teleqraf


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.