SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
CƏMİYYƏT 13:30 / 11.11.2019

Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jalüz-pərdə vurulmasına icazə verilirdi.

XəzərXəbərxəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:

"Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara plyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır”.

E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:

"Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jalüz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürücülər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək”.

E.Muradlı bildirib ki, hazırki qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka və jalüzləri açmayan sürücülər cərimələnəcək.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.