SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Daxili İşlər Nazirliyindən daha bir YENİLİK - Bu şəxslər faydalana bilər
CƏMİYYƏT 13:54 / 12.11.2019

Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər davam etdirilir.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədi ilə 2019-cu ilin noyabr ayının 15-dən dekabr ayının 5-dək Bakı şəhəri, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək.

Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan MR-də yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan unvana müraciət edə bilərlər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.