SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Yatmış kişini basdırdılar
CƏMİYYƏT 22:02 / 12.11.2019

Hindistanın Tamilnad ştatının Koimbatur şəhərində yeni qurulan estakadanın inşaatçıları yatmış kişinin üstünü qumla örtüblər.

Bu barədə "The New Indian Express” məlumat yayıb.

Hadisə noyabrın 7-si axşam saatlarında qurulan estakadanın yaxınlığında, yaşıllığın salınması planlaşdırılan ərazidə baş verib. Üzəri qumla örtülmüş kişinin cəsədi iki gün sonra hamarlanma işləri zamanı aşkar olunub.

Şəxsiyyəti bəlli olmayan 40 yaşlı adamın ətrafında spirtli içki şüşələri olub. Polisonun hadisə baş verən anda sərxoş vəziyyətdə olduğu istisna etməyib. Digər versiya isə, onun əvvəldən öldürülərərk burada basdırılmasıdır.

Oktyabrda verilən xəbərə görə, Çinin Şandun əyalətinin Layu şəhərində yaşayan ailə səhvən sağ körpəni dəfn ediblər, lakin o, yerin altından səs eşidən qonşular tərəfindən xilas edilib. Yeni doğulmuş körpə müalicə üçün xəstəxanaya çatdırılıb./oxu.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.