SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Mikayıl Cabbarov: “Yüksək gəlirli ölkə xidmət sektorunu inkişaf etdirməlidir”
CƏMİYYƏT 15:24 / 13.11.2019

"Beynəlxalq iqtisadiyyatda sanksiyaların olması qlobal iqtisadi bazarda azalmalar yaradıb. Dövlət büdcəsi üçün hazırlanan konsepsiya da bu amillər nəzərə alınaraq hazırlanıb”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, bu gün milli iqtisadiyyatda neft-qaz amili lokomotivliyini saxlamaqdadır:

"Amma bu, həm də inkişafa dəstək verən amildir. Bu məqamlar nəzərə alınaraq dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb. TAP-TANAP layihələri dünyanın enerji xəritəsini dəyişərək inkişafa böyük tövhə verəcək. İxrac potensialının artmasında əsas rol qeyri-neft sektorunun üzərinə düşür. Prezident İlham Əliyevin apardığı islahatlar, yeni qurulan istehsal sahələri bir sıra məhsullardan asılılığı azaldıb. Xidmət sektorunun 3,6 faiz artacağı proqnozlaşdırır. Azərbaycanın yüksək gəlirli ölkələr sırasında yer alması üçün xidmət sektoru inkişaf etdirilməlidir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.