SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
AMEA-da struktur islahatları: İdarə və şöbələr ləğv olundu
CƏMİYYƏT 12:35 / 13.11.2019
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AMEA-dan bildirilib.

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb.

Eyni zamanda, Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb.

Məlumata görə, struktur islahatları bundan sonra da davam edəcək və AMEA-nın Rəyasət Heyətinin aparatının digər idarələri ləğv olunaraq şöbə, şöbələrin isə ləğv olunaraq sektor yaradılması gözlənilir.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin aparatının ləğv olunan Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev vəzifəsindən azad olunub. Onun yerinə yaradılan İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə isə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov təyin olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.