SON XƏBƏRLƏR
25 Iyun 2018
24 Iyun 2018
23 Iyun 2018
22 Iyun 2018
Bakı, Sumqayıt və Cəlilabadda yaşayış evləri yandı
HADİSƏ 11:36 / 09.06.2018

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verilir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 m² sahədə, Cəlilabad rayonunda ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının döşəməsi 2 m² sahədə, 1 ədəd divan və taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində fermanın ərazisində ümumi sahəsi 24 m² olan vaqon tipli evin yanar konstruksiyaları yanıb. Yaşayış evlərinin qalan hissəsi və ferma yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


66 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.