SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Ərdoğan: "ABŞ-da “erməni soyqırımı” ilə bağlı qərarın haqsız olduğunu sənədlərlə sübut etdik"
CƏMİYYƏT 16:13 / 19.11.2019
"ABŞ-da Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarının haqsız olduğunu sənədlərlə sübut etdik”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup iclasında çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, Nümayəndələr Palatasının məlum qərarı həqiqətlərə zidddir.

Ərdoğan ABŞ senatının onunla görüşdən sonra qondarma "erməni soyqırımı” ilə bağlı qətnaməni blokladığını da xatırladıb.

Qeyd edək ki, ötən ay ABŞ Nümayəndələr Palatası qondarma "erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib. Lakin ABŞ senatı Ərdoğanla görüşdən sonra "erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.