SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Bələdiyyə seçkilərində iştirak üçün 35 574 nəfərin namizədliyi qeydə alınıb
SİYASƏT 10:40 / 20.11.2019

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına (DSK) 42 625 iddiaçı bildiriş verib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.

R.Qasımov deyib ki, həmin şəxslərdən 35 574 nəfəri namizəd statusunu alıb və qeydiyyatdan keçib. Onun sözlərinə görə, proses hələ davam edir, namizədlər daha çox fəallıq nümayiş etdirirlər:

"Sevindirici haldır ki, xanım və gənc namizədlər fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımlardır. Bu da əlbəttə ki, yaxşı bir göstəricidir. Bayaq dediyim kimi, gənclər də xüsusi fəallıq nümayiş etdirirlər. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını gənclərdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd olaraq qeydə alınıb”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.