SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Bakı dairəvi dəmir yolu ilin sonuna kimi istifadəyə verilə bilər - AÇIQLAMA - VİDEO
CƏMİYYƏT 20:31 / 20.11.2019

Bakı dairəvi dəmir yolu ilin sonuna kimi istifadəyə verilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bu ilin mart ayında Bakı dairəvi dəmir yolunun Sabunçuya qədər olan hissəsinin açılışı olub.Ötən gün isə Sabunçu-Pirşağı xətti yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda dairə üzərində tikinti və yenidənqurma işləri davam etdirilir.

Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib. Bütün yol boyu çirkab və tullantı suları yığışdırılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətininİnfrastruktur Departamentinin rəis müavini Elçin Məmmədovun sözlərinə görə,Bakı dairəvi dəmir yolu bu ilin sonuna kimi istifadəyə verilə bilər.

Hazırda Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Dairə tamamlandıqdan sonra isə təqribən 25-30 min sərnişinin daşınması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.