SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Azərbaycan ədliyyəsi ilkə imza atıb - VİDEO
CƏMİYYƏT 19:33 / 20.11.2019

Azərbaycanda dünyada bir ilk olan ictimai işlərə nəzarət qurğusu fəaliyyətə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, yeni qurğu Ədliyyə Nazirliyinin "Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar" mövzusunda keçirdiyi ictimai təqdimat mərasimində nümayiş edilib.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib ki, sözügedən qurğu ölkəmizdə istehsal edilir. İctimai işlərə nəzarət qurğusunun mexanizmi bundan ibarətdir ki, hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri monitorinq mərkəzində göstərir. Burda artıq məhkumun gördüyü işə tam nəzarət edilir.Qurğu artıq iki aydır pilot rejimində tətbiq olunur. Bir neçə məhkum bu qurğu vasitəsilə izlənilir. Göstəricilər 100 faizə yaxındır və hər hansı pozuntular aşkarlanmayıb.

"Bu qurğu beynəlxalq tədbirlərdə nümayiş etdirilib və böyük marağa səbəb olub. Bunu nəzərə alaraq artıq qurğunun patentləşdirilməsi üzrə işlər görülür. Çünki bu bizim öz məhsulumuz və layihəmizdir. Həmin qurğu inzibati işləri görmək üçün layihələndirilib”, - deyə idarə rəisi vurğulayıb.

Bununla yanaşı, ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq bəzi xidmətlər də elektronlaşdırılır. Yaxın günlərdə bir sıra prosedurların tam elektron müstəviyə keçidi nəzərdə tutulub.

Ağakərim Səmədzadə onu da bildirib ki, son 6 ay ərzində "Elektron Məhkəmə" informasiya sisteminə 20-yə yaxın dövlət orqanının və bankların sistemi inteqrasiya edilib. Bununla da məhkəmədə işə baxan hakim sistemə daxil olub, vətəndaşın əmlakını görə bilər. Gələcəkdə "smart-kontrakt" və bəzi xidmətlərin robotlaşması da həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.