SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
II Yelizavetanın oğlu “cinsi istismar qalmaqalı”na görə səlahiyyətlərindən imtina edib
SİYASƏT 11:43 / 21.11.2019

Britaniyanın kral ailəsi itkilərlə üzləşir. Belə ki, şahzadə Endryu kraliçanın qohumu kimi üzərinə qoyulan bütün imtiyazvə səlahiyyətlərdən imtina edib.

Bu barədə RenTVməlumat yayıb.

Bildirilir ki, II Yelizavetanın oğlu özü ilə bağlı yaranan qalmaqala görə bütün rəsmi və qeyri-rəsmi vəzifələrdən getmək qərarına gəlib.

Məlum olub ki, o, yüksək rütbəli və məşhur tanışları üçün yetkinlik yaşına çatmayan qızların iştirakı ilə gecələr təşkil edən məşhur maliyyəçi Cefri Epşteynlə dostluq münasibətlərində olub. Şahzadə Endryu özü şəxsən bir neçə belə tədbirdə iştirak edib.

Kraliçanın oğlu bunu təkzib etsə də, bir gün əvvəlBritaniya mətbuatı çəkiliş və fotoşəklində sübutlar dərc edib. Nəticədə, Kral ailəsinin nüfuzuna ciddi xələl gəlib, həmçinin, bir sıra kompaniyalar şahzadə ilə işgüzar münasibətləri dayandırıb.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.