SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Dostunu pis yoldan çəkindirmək istədiyi üçün bıçaqlandı
CƏMİYYƏT 10:45 / 21.11.2019

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Azxəbər verir ki, hadisə Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.

Şəhər sakini, 22 yaşlı İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mercedes Vito” markalı avtomobillə kollecin qarşısına gələrək orada işləyən dostu Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib.

Ətrafdakıların müdaxiləsi ilə E.İsmayılovun K.Ağayevi öldürməsinə imkan verilməyib. E.İsmayılov avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Araşdırmalar zamanı məlum olub ki, E.İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan dostu K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb.

Buna əsəbiləşən E.İsmayılov bu məqsədlə K.Ağayevi öldürmək qərarına gəlib. Hazırda hadisəni törədən E.İsmayılovun axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.