SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Mövqelərimiz snayperlərlə atəşə tutuldu
CƏMİYYƏT 12:29 / 22.11.2019

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə NazirliyindənXəzərXəbər-əverilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.