SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Rusiya mediası azərbaycanlıların rus dilində milli koloritli replərindən bəhs edib
MƏDƏNİYYƏT-ŞOU 11:04 / 25.11.2019

Postsovet məkanında məktəblərdə, universitetlərdə və rəsmi qurumlarda rus dili əvvəllər olduğu kimi tez-tez səslənmir.

Bununla belə, reperlər MDB məkanında müasir rus mədəniyyətini tanıdırlar.

Bu barədə "RİA Novosti”xəbər verib.

Agentlik rus dilində hip-hopun Azərbaycanda da populyarlığı barədə məlumat verib. Bildirilir ki, qonşu ölkələrdən reperlərin konserti mütəmadi təşkil edilsə də,HammAli & Navai duetinin Bakıda dekabr ayında keçiriləcək tədbirləri xüsusi həvəslə gözlənilir.

Qeyd edək ki, kollektivin iştirakçıları Aleksandr Əliyev və Nəvai Bakirov əslən azərbaycanlıdırlar.

Onlar bütün mahnıları rus dilində ifa edirlər. Bununla belə, hip-hop barədə "The Flow”portalının redaktoru Nikolay Redkinin fikrincə, HammAli & Navai yaradıcılığının özünəməxsus stili var.

Redkin əmindir ki, MDB ölkələrində repin rus dilində ifa olunması bu sahənin inkişafı üçün vacib amildir:

"Yeni auditoriyaya və bazarlara çıxmaq üçün Mərkəzi Asiyadan və ya Qafqazdan olan reperlər azı rus dilini bilməlidirlər. Ana dilində rep yaxşıdır, lakin bu ifaçını məhdudlaşdırır”.

Azərbaycanın rus dilli "Kaspisyskiy qruz” rep qrupunun üzvü, Brutto ləqəbi ilə çıxış edən Timur Odilbekov repin doğma dildə ifasının – nə qədər şirin səslənməsinə baxmayaraq, ancaq ölkə daxilində tələbatı ödədiyini deyib:

"Keçmiş sovet respublikasının sərhədlərindən kənarda rus dilinə keçmək məcburiyyətində qalınır”.

"Qafqazda özünəməxsus milli musiqilər məşhurdur. Yerli folklor anlaşılan və tələb olunandır. Rep isə mahnıların mətninin musiqidən daha vacib olduğu mənalı yaradıcılıqdır. İnsanların az bir qismi Azərbaycan dilində rep dinləyər. Rep yazanlar bunu rus dilində edirlər”, - deyə Brutto əlavə edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.