SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Deputat: Bəzi QHT-lər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən çox iş görür - MÜSAHİBƏ
CƏMİYYƏT 17:07 / 25.11.2019

Milli Məclisin deputatı Aqil Abbasın Oxu.Az-a müsahibəsi:

-Aqil müəllim, növbəti ilin büdcə müzakirələrində fikir və təkliflərinizi səsləndirmədiniz. Bunun səbəbi nə idi?

- Bilirsiniz ki, deputatların çıxışı üçün reqlament təyin olunur. Düzü, vaxt qalmadığı üçün mən təklifimi səsləndirmədim. Ancaq parlamentdə belə bir qayda var ki, şifahi şəkildə təklifini deməyə vaxt qalmırsa, yazılı şəkildə təkliflərini verirsən. Mən də yazılı formada təklifimi verdim.

- Təklifiniz nədən ibarət idi?

- Təklifim bu idi ki, Nəsimi rayonunda, "Papanin” kimi tanınan ərazidə tikilməkdə olan metro stansiyası tezliklə istifadəyə verilsin. Mən görürəm ki, insanlar metroda çox əziyyət çəkir, basabas olur.

- Ümumiyyətlə, büdcə layihəsindəki proqnozlar sizi qane edirmi?

- Əlbəttə ki, qane edir. Dövlətin gücü nəyə çatırsa, onu da reallaşdırmağa çalışır. Gəlir və xərclər çox düzgün bölünüb. Mən büdcə layihəsini dəstəkləyirəm.

- Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova quruma ayrılan vəsaitin az olduğunu dedi. Sizcə, bu Komitəyə daha çox pul ayrılması zəruridirmi?

- Mən bu Komitənin işi ilə maraqlanmamışam. Amma onu deyə bilərəm ki, bəzi QHT-lər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daha çox iş görür. Ona görə də bu cür QHT-lərə ayrılan vəsait artırılsa, daha yaxşı olar.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.