SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Azərbaycanlı qadının səhvən udduğu iynə 16 il sonra çıxarıldı
CƏMİYYƏT 00:00 / 28.11.2019


Türkiyənin Dənizli şəhərində özəl xəstəxanaya uşaq sahibi ola bilmək üçün gedən azərbaycanlı qadın 16 il əvvəl səhvən udduğu tikiş iynəsindən əməliyyat yolu ilə xilas olub.

Regioninfo.Az xəbər verir ki, türk vətəndaşı ilə evlənərək Dənizliyə köçən 38 yaşlı azərbaycanlı qadın xəstəxananın qadın xəstəlikləri və doğum şöbəsinə müraciət edib. Qadının rentgen nəticəsində sidik kisəsi bölgəsində yad cisim görünüb.

Xəstəxananın Baş həkimi Rıdvan Ərdəmir cərrahiyyə əməliyyatı ilə 6 santimetr uzunluğundakı tikiş iynəsini çıxardıqlarını açıqlayıb:

"Xəstədənsoruşduqda iynəni 16 il əvvəl tikiş işi görərkən səhvən udduğunu deyib. Həkimlər ona kartof yesən, çıxar deyiblər. Sonrakı müayinədə də çıxdığını deyib arxayın ediblər. Xəstəmiz əməliyyat nəticəsində illərdir çəkdiyi qarın ağrısından xilas oldu”.

Evə buraxılan xəstənin həkimi qeyd edib:

"Çox maraqlıdır, 16 il bədəndə qalan iynə sidik kisəsinə saplansa da, daha irəli getməyib. Böyük damarlara getsəydi, təbii ki, həyati risk ola bilərdi. Xəstəmiz şanslı imiş”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.