SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Maliyyə Bazarlarına Nəzarət Palatası niyə ləğv edildi?
CƏMİYYƏT 15:52 / 29.11.2019

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılmasında məqsəd ondan ibarət idi ki, bank sistemində sağlamlaşdırma prosesi həyata keçirilsin. Bank faizlərinin müəyyən dərəcədə aşağı salınması da qarşıya məqsəd qoyulmuşdu.

Bunu Regioninfo.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov qeyd edib ki, bununla belə, bank sistemində ciddi dəyişikliklər baş vermədi.

"Cənab Prezident müəyyən yardımlar etdi, əhalinin 10 min dollar kreditini silmək üçün bank sisteminə 620 milyon manata yaxın vəsait ayırdı. Ancaq bank sistemində ciddi dəyişiklik baş vermədi. Bütün bunları görən cənab Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi və əvvəlki qaydada Mərkəzi Banka birləşdirildi”, - deyə V.Əhmədov əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla MBNP ləğv edilib. Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən, onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifələri, hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.