SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
Avropa Şurasında Azərbaycanla qərəzli qərarlar qəbul olunub
SİYASƏT 15:35 / 09.06.2018

"Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq".FaktXəbər APA-ya istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: "Təəssüf ki, parlament üsul-ilarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən prezident İlham Əlyiev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır".


121 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.