SON XƏBƏRLƏR
25 Iyun 2018
24 Iyun 2018
23 Iyun 2018
22 Iyun 2018
Zəhərlənən pambıqçılardan XƏBƏR VAR
HADİSƏ 10:45 / 11.06.2018

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 işçinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Bu barədəSaatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 24 nəfərdən 20-si artıq evə buraxılıb:

"Xəstəxanaya zəhərlənmə ilə 24 nəfər gətirilmişdi. Onlardan 2 nəfərin vəziyyəti yaxşılaşıb. Öz istəkləri və həkim rəyi ilə evə - ambulator müalicəyə buraxılıblar. 18 nəfər isə hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir. Onlardan 2 nəfərin vəziyyəti stabil olaraq qalır. 16 nəfərin vəziyyəti isə qənaətbəxşdir, günün sonuna kimi onların da evə buraxılacağı gözlənilir".

Xəstəxanadan işçilərin kimyəvi maddədən inqaliyasion zəhərlənmə keçirdikləri deyilib: "Pambıq sahəsində həşəratların və alaq otlarının məhv edilməsi üçün dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər".

Saatlı rayon Sımada kənd bələdiyyəsindənverilən məlumata görə, işçilərin zəhərlənməsinin dəqiq səbəbləri araşdırılır: "Ərazidə mütəxəssislər tərəfindən araşdırma aparılır. 24 nəfər kimyəvi maddədən zəhərlənib. Hazırda xəstəxanadadırlar. Daha əvvəl belə bir hal baş verməyib".

Xatırladaq ki, hadisə iyun ayının 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında baş verib. Bir qrup işçi pambıq tarlasında kütləvi şəkildə zəhərlənib.


73 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.