SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
13 Avqust 2018
Məryəm Uzerlinin karyerasını zədələyən CİDDİ PEŞMANLIĞI
MƏDƏNİYYƏT-ŞOU 10:56 / 11.06.2018

Məryəm Uzerliyə xəbərdarlıq edilib ki, dodaqlarını və üzünü təbii halına qaytarsın.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Məryəm Uzerli 2011-2014-cü illər arasında "Möhtəşəm 100 il” adlı tarixi serialda Hürrəm Sultanı oynayarkən üzündə heç bir estetik əməliyyat yox idi. Çünki prodüseri Teymur Savcı ekran işində estetik əməliyyat etdirmiş aktyor görmək istəmirdi.

Məryəm Uzerli son 2 ildə göz altı, gicgah və dodaqlarına dolğu vurdurub. Amma onun gözəllik uğrunda etdiyi cəhdləri bəyənilməyib və kəskin tənqidə məruz qalıb.

Məlum olub ki, aktrisaya məşhur rejissorlardan biri "Çox təəssüf, üzünü düzəlt" deyə xəbərdarlıq edib. 34 yaşlı ulduz artıq hərəkətə keçib. O, üz və dodaqlarındakı dolğuları əritməyə qərar verib. Bunun üçün aktrisa yaxın günlərdə İstanbulda həkimlə görüşəcək və təbii halına qayıdacaq.(publika)


164 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.