SON XƏBƏRLƏR
25 Iyun 2018
24 Iyun 2018
23 Iyun 2018
22 Iyun 2018
Yol qəzalarında 6 nəfər ölüb, 8-i yaralanıb
HADİSƏ 10:21 / 13.06.2018

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, iyunun 12-də ölkədə 121 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.


72 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.