SON XƏBƏRLƏR
25 Iyun 2018
24 Iyun 2018
23 Iyun 2018
22 Iyun 2018
Körpəyə əzab verən tərbiyəçini 3-7 il həbs gözləyir: cinayət işi açıldı
CƏMİYYƏT 13:52 / 13.06.2018

Bakının Yasamal rayonundakı uşaq mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarından Faktxeber.com-a verilən məlumata görə, faktla bağlı Yasamal rayon Polis İdarəsi araşdırmaya başlayıb.

Araşdırmaların nəticəsi olaraq idarədə fakta görə Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsilə cinayət işi başlanılıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva istintaqa cəlb edilib.

Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb.


93 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.