SON XƏBƏRLƏR
12 Dekabr 2018
11 Dekabr 2018
10 Dekabr 2018
Trampın qızı və kürəkəni 1 ildə 82 milyon dollar qazanıb
DÜNYA 14:06 / 13.06.2018
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və onun əri Cared Kuşner Ağ Evin maaş almayan müşavirləri olsa da, 2017-ci ildə ən azı 82 milyon dollar gəlir əldə ediblər. FaktXəbər bildirir ki, bu barədə "Vaşinqton Post" qəzeti yazıb.

Nəşrin iddiasına əsasən, İvanka Tramp atasının mehmanxanalarındakı səhmlərindən 3,9 milyon dollar, şəxsi markasından isə 5 milyon dollar qazanıb. Kürəkən Kuşnerin isə ailə şirkətinin satın aldığı ərazidən əldə etdiyi gəlir 5 milyon dollar olub.

Birləşmiş Ştatların qeyri-hökumət təşkilatları hesab edir ki, İvanka Tramp və Cared Kuşnerin Ağ Evdə tutduğu vəzifə onların şəxsi işlərində daha çox gəlir əldə etməsi ilə nəticələnib. Məsələn, bir sıra respublikaçı təşkilat Trampın otel və istirahət yerlərində təxminən 2 milyon dollar xərcləyib.

Cared Kuşnerin bəzi holdinqlərlə vidalaşsa da, hamısından imtina etməyib. Çoxsaylı əmlak şirkətindən istifadəni davam etdirən Kuşner, 2017-ci ildə ötən il ailəsinin daşınmaz əmlak şirkəti tərəfindən satın alınan Nyu-Cersidəki mənzil kompleksindən 5 milyon dollardan çox qazanc əldə edib.
367 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.